Bölgə xəbərləri

Bu gün Almatı şəhərində şahmat üzrə dünya çempionatına start veriləcək

26 dekabr / 09:35 1 dəq
Indir 2022 12 26T093441.828
26 dekabr / 09:35
Burada sizin reklamınız ola bilər

Bu gün Qazaxıstanın Almatı şəhərində şahmatın rapid və blits növü üzrə dünya çempionatına start veriləcək.

“Qərb Xəbər”in məlumatına görə, turnirdə Azərbaycan təmsilçiləri də mübarizə aparacaq.

Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edəcək.

İlk gündə rapid növündə beş tur oynanılacaq.

Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon ABŞ dolları olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) yarışır.

Paylaş
Burada sizin reklamınız ola bilər