Dünya

Bu gecə Avropa Liqasının finalı olacaq

21 may / 10:11 1 dəq
Indir 2025 05 21t101107.489
21 may / 10:11
Burada sizin reklamınız ola bilər

Bu gün UEFA Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.

Qerbxeber.com xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcək.

Qarşılaşma İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü almaniyalı referi Feliks Zoyer idarə edəcək.

Xatırladaq ki, finalda qarşılaşacaq komandalardan “Tottenhem” tarixi ərzində 2 (1971/1972, 1983/1984), “Mançester Yunayted” isə 1 dəfə (2016/2017) turnirin qalibi adını qazanıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Paylaş
Burada sizin reklamınız ola bilər