Bölgə xəbərləri

Bu da uçan maşın – Video

13 oktyabr / 10:01 1 dəq
6346ca869d8e66346ca869d8e716655837506346ca869d8e46346ca869d8e5
13 oktyabr / 10:01
Burada sizin reklamınız ola bilər

Çin avtomobil istehsalçısı XPeng Dubayda keçirilən Gitex Global 2022 sərgisində uçan avtomobilini nümayiş etdirib.

“Qərb Xəbər” xarici mediaya istinadla bildirir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Qeyd olunur ki, elektromobil iki nəfər üçün nəzərdə tutulub, akkumulyatorun tam doldurulması ilə 130 km/saat sürətlə 35 dəqiqəyə qədər uça bilir. X2-nin maksimal hündürlüyü 91 metrdir. Bununla da, uçuş zamanı heç bir karbon qazı emissiyası yaratmır ki, bu da dayanıqlı nəqliyyat axtarışında irəliyə doğru bir addımdır.

O da məlumdur ki, avtomobilin uzunluğu təxminən beş metr, eni 4,78 metr, hündürlüyü isə 1,36 metr, çəkisi isə 560 kiloqramdır. Elektrikli avtomobilin bütün elementləri karbon lifindən hazırlanıb.

Avtomobilin 2025-ci ildə satışa çıxarılacağı bildirilir.

 

Paylaş
Burada sizin reklamınız ola bilər