Dünya

Britaniyanın Baş naziri Zelenskiyə Ukraynaya davamlı yardım vəd edib

1 mart / 23:22 2 dəq
7e5cd37d Ff18 3e94 B688 180bdf037495 850
1 mart / 23:22
Burada sizin reklamınız ola bilər

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edərək, Londonun Kiyevə ehtiyacı olduğu müddətdə yardım göstərəcəyini vəd edib.

Qerbxeber.com xəbər verir ki, bunu Britaniya hökumətinin başçısı Dauninq küçəsi, 10 ünvanında yerləşən iqamətgahında Zelenski ilə danışıqlara başlamazdan əvvəl bildirib.

“Siz Böyük Britaniyadan tam dəstək alırsınız, nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Londonun məqsədi Ukrayna üçün suverenlik və təhlükəsizliyə əsaslanan davamlı sülhə nail olmaqdır”, – o bildirib.

Zelenski isə dəstəyə görə Britaniya xalqına və hökumətinə təşəkkür edib.

Ukrayna lideri həmçinin Böyük Britaniya kralı III Çarlzın görüşə razılıq verməsindən məmnunluğunu ifadə edib.

Böyük Britaniyanın Baş naziri ənənəni pozaraq qonağı nəinki öz iqamətgahının astanasında gözləməklə kifayətlənib, həm də onu qarşılamağa gedib və qucaqlayıb. “Sky News”un məlumatına görə, Starmer bununla da göstərdi ki, bir gün Vaşinqtondan fərqli olaraq London Kiyevin tərəfindədir.

Paylaş
Burada sizin reklamınız ola bilər