Britaniya səfirindən Yekaterinburq hadisələrinə reaksiya
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Yekaterinburqda həlak olan azərbaycanlıların ailələrinə başsağlığı verib.
Qerbxeber.com xəbər verir ki, o, bu barədə X platformasında yazıb.
“Rusiyada azərbaycanlılarla bağlı baş verən hadisələr bizdə dərin narahatlıq yaradır. Həlak olanların ailələrinə başsağlığı verir və bu çətin anda Azərbaycan xalqının yanında olduğumuzu bildiririk. Biz də Azərbaycanın ədalətin təmin olunması istiqamətində səylərini dəstəklədiyimizi bildiririk”, – o bildirib.




