Dünya

Britaniya Navalnının ölümünə görə həbsxana rəhbərliyinə sanksiya tətbiq edib

21 fevral / 16:49 1 dəq
65d5ed9ac961865d5ed9ac9619170851881065d5ed9ac961665d5ed9ac9617
21 fevral / 16:49
Burada sizin reklamınız ola bilər

Böyük Britaniya rusiyalı müxalif lider Aleksey Navalnının ölümünə görə saxlanıldığı cəzaçəkmə müəssisəsinin 6 yüksək rütbəli rəhbərinə sanksiya tətbiq edib.

Qerbxeber.com BBC-yə istinadən xəbər verir ki, Britaniya hökumətinin tətbiq etdiyi sanksiyalara əsasən, sözügedən şəxslərin aktivləri dondurulub və onların Britaniyaya səfərinə qadağa qoyulub.

Sanksiya tətbiq edilənlərdən biri cəzaçəkmə müəssisəsinin rəisi, beşi isə onun müavinləridir.

“Navalnıya qəddar münasibətə görə məsuliyyət daşıyanlar heç bir illuziyaya qapılmamalıdırlar, biz onları məsuliyyətə cəlb edəcəyik”, – Böyük Britaniyanın xarici işlər naziri Kemeron deyib.

Britaniya hökuməti həmçinin Navalnının meyitinin dərhal ailəsinə təhvil verilməsinə və şəffaf araşdırma aparılmasına çağırış edib.

Paylaş
Burada sizin reklamınız ola bilər