Sosial

Britaniya hökuməti “TikTok”a məhdudiyyət qoyub

24 mart / 09:02 1 dəq
718349a8 25c2 31f1 9076 761db734a88c
24 mart / 09:02
Burada sizin reklamınız ola bilər

Böyük Britaniya parlamenti “TikTok”a hökumət cihazlarında və daxili şəbəkədə məhdudiyyət qoymaq qərarına gəlib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunub ki, qərar “parlament üçün əsas prioritet” olan informasiya təhlükəsizliyi səbəbi ilə qəbul edilib.

Parlamentdəki mənbə “The Guardian”a bildirib ki, sosial şəbəkədən istifadəni qadağan etmək qərarı “Böyük Britaniya hökuməti ilə müəyyən sosial şəbəkələr və proqramlar tərəfindən izləmə və məxfilik pozulmalarının potensial riskləri ilə bağlı müzakirələrdən sonra verilib”.

Böyük Britaniya hökuməti “TikTok”a qarşı sərt addımlar atan ilk ölkə deyil. Bundan əvvəl Şotlandiyada, Yeni Zelandiyada və ABŞ-nin bir sıra ştatlarında hökumət rəsmilərinə bu sosial şəbəkədən istifadə qadağan edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər