Dünya

Britaniya Gürcüstan Daxili İşlər Nazirinə sanksiya tətbiq etdi

19 dekabr / 19:13 1 dəq
676423b4a985d676423b4a985e1734615988676423b4a985b676423b4a985c
19 dekabr / 19:13
Burada sizin reklamınız ola bilər

Böyük Britaniya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib.

Qerbxeber.com  Gürcüstan mediasına istinadla xəbər verir ki, məlumat Britaniya hökumətinin saytında dərc edilib.

Bildirilib ki, buna səbəb Aİ-yə üzvlük danışıqlarının dayandırılmasının bəyan edilməsindən sonra keçirilən etirazlar zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin polis qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional güc tətbiq etməsidir.

Sanksiya siyahısına Qomelaurinin müavini Aleksandre Daraxvelidze, DİN-in xüsusi tapşırıqlar departamentinin direktoru Zviad Xarazişvili (xüsusitəyinatlı polis dəstələrinin rəisi) və Tbilisi polis departamentinin direktoru Sulxan Tamazaşvili də daxil edilib.

Sanksiyalara aktivlərin dondurulması və səyahət qadağaları daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər