Dünya

Borrel: Yaxın Şərq müharibə astanasındadır

6 avqust / 09:56 1 dəq
66b1b7b69067166b1b7b690672172292293466b1b7b69066f66b1b7b690670
6 avqust / 09:56
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Yaxın Şərqin müharibənin astanasında olduğunu deyib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi “X” hesabında bildirib.

“Yaxın Şərqdə gərginlik artmaqda davam edir və onu müharibənin astanasına gətirir. Biz hamımız növbəti fəlakətin qarşısını almalıyıq. İrəliyə doğru yol konsensualdır: Qəzzada indi atəşkəsin əldə olunması. Gərginliyin azaldılmasına mane olanların hamısı etdiklərinə görə məsuliyyət daşıyacaq”, – Borrell vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər