Dünya

BMT konfransı təxirə salındı: Makron səbəbi açıqladı

13 iyun / 23:50 1 dəq
Macron makron emmanuel
13 iyun / 23:50
Burada sizin reklamınız ola bilər

Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfrans təxirə salınıb. Daha əvvəl planlaşdırıldığı kimi iyunun 17-də BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilməyəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

Onun sözlərinə görə, konfrans logistika və təhlükəsizlik səbəbləri, o cümlədən Fələstin rəhbərlərinin BMT-yə gələ bilməməsi səbəbindən təxirə salınıb.

“Bununla belə, konfrans mümkün qədər tez keçiriləcək. Yaxın günlərdə, xüsusən Səudiyyə Ərəbistanı da daxil olmaqla region liderləri ilə əməkdaşlıq çərçivəsində yeni tarix müəyyən olunacaq”, – deyə Makron bildirib.

Fransa lideri qeyd edib ki, bu məsələ ölkəsinin Fələstin dövlətini tanımaq niyyətini dəyişməyəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər