Dünya

BMT Baş katibi Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirir

11 iyul / 22:36 2 dəq
Quttereş
11 iyul / 22:36
Burada sizin reklamınız ola bilər

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər.

Qerbxeber.com bildirir ki,bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Dujarrik “Report”un ABŞ bürosunun BMT Baş katibinin iki lider arasında keçirilən görüşə münasibətinə dair sualına cavab olaraq deyib.

Sözçü bildirib ki, Antonio Quterreş iki ölkə arasında müsbət yöndə davam edən prosesləri çox yaxından izləyir: “Uzun müddət gərginlik yaşamış iki ölkə arasında bu dialoqu alqışlayırıq. Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Bu görüş sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. Baş katib bu prosesləri çox yaxından izləyir”, – sözçü vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər