Dünya

Blinken Zelenski ilə görüşüb, Ukraynaya dəstəyin davamlı olacağını bildirib

16 yanvar / 15:47 1 dəq
847a046a 93a2 354e 8f0c 3b67794afae0
16 yanvar / 15:47
Burada sizin reklamınız ola bilər

ABŞ Ukraynaya dəstəyinin davamlı olacağını bildirib.

“Qərb Xəbər” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken İsveçrədə keçirilən Davos İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

O, ABŞ Konqresində yeni maliyyənin təsdiqlənməsi ilə bağlı mübahisələrə baxmayaraq, Ukraynaya dəstəyin davamlı olacağına söz verib: “Biz Ukraynaya dəstəyimizi davam etdirmək əzmindəyik. Bunun üçün Konqreslə sıx işləyirik.”

Qeyd edək ki, ABŞ daha əvvəl Ukraynaya dəstəyin dayandırıldığını bəyan etmişdi

Paylaş
Burada sizin reklamınız ola bilər