Dünya

Blinken və Fidan Cənubi Qafqazda sülhü müzakirə ediblər

25 oktyabr / 14:40 1 dəq
5c744880 d059 3519 80bd 74df4f1dbb8e
25 oktyabr / 14:40
Burada sizin reklamınız ola bilər

ABŞ-nin dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazda sülhün bərqərar olunmasını müzakirə edib.

Qərbxəbər.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Blinken telefon danışığında oktyabrın 23-də paytaxt Ankarada baş vermiş terror hücumu ilə əlaqədar Türkiyənin baş diplomatına başsağlığı verib.

“Onlar həmçinin artan qarşılıqlı əlaqələrin regionda hamı üçün faydalı olacağı ilə yanaşı Cənubi Qafqazda ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini müzakirə ediblər”, – xarici siyasət idarəsinin məlumatında diqqətə çatdırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər