Blinken Moskva və Kiyev arasında atəşkəs danışıqlarının mümkünlüyünü istisna edib
ABŞ dövlət katibi Entoni Blinken hazırda Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarının mümkünlüyünü istisna edib.
“Qərb Xəbər” xəbər verir ki, o, öz fikirlərini “Funke” media qrupuna müsahibəsində bildirib.
“Rusiya o yerə çatmalıdır ki, konstruktiv danışıqlara getməyə hazır olsun. Ədalətli və davamlı sülh olmalıdır. Bəziləri üçün atəşkəs ideyası cazibədar ola bilər və mən bunu başa düşürəm, lakin bu, Rusiyanın böyük Ukrayna ərazisini ələ keçirməsinin faktiki ratifikasiyasına bərabərdirsə, bu, ədalətli və davamlı sülh olmayacaq. Rusiya qoşunlarını yenidən toplayıb bir müddət sonra yenidən hücuma keçə bilərdi”-deyə, o bildirib.




