Bölgə xəbərləri

Blinken Lavrovla danışıq planlaşdırmır – Dövlət Departamenti

2 may / 10:26 1 dəq
1119074
2 may / 10:26
Burada sizin reklamınız ola bilər

ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla əlaqə saxlamaq fikri yoxdur.

Bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.

“Xarici işlər naziri Sergey Lavrovla görüşmək və ya başqa formada əlaqə saxlamaq planımız yoxdur. Dövlət katibi bir ay əvvəl onunla telefonla danışmaq imkanı əldə edib. O, qeyri-qanuni həbsdə olan ABŞ vətəndaşı, “The Wall Street Journal”ın müxbiri Evanın azad edilməsinin zəruriliyini açıq şəkildə bəyan edib”, – deyə o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər