Dünya

Blinken İranın dondurulmuş 6 milyard dollarlıq aktivlərini azad etməyə icazə verib

12 sentyabr / 09:36 1 dəq
64ff994dd2eed64ff994dd2eee169447252564ff994dd2eeb64ff994dd2eec
12 sentyabr / 09:36
Burada sizin reklamınız ola bilər

ABŞ dövlət katibi Antoni Blinken İranın 6 milyard dollarlıq aktivlərinin Cənubi Koreyadan Qətərə köçürülməsinə icazə verən sərəncam imzalayıb.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Associated Press (AP) ABŞ Konqresinə daxil olan bildirişə istinadən məlumat yayıb.

Blinken müqaviləni keçən həftənin sonunda imzalayıb, lakin qərarla bağlı Konqresə bazar ertəsi məlumat verilib.

ABŞ və İran məhbusların mübadiləsi barədə də razılığa gəliblər. Associated Press qeyd edir ki, İran həbsxanasında olan beş Amerika vətəndaşı hazırda ev dustaqlığına köçürülüb. Razılaşma çərçivəsində Vaşinqton ABŞ-da saxlanılan 5 İran vətəndaşını azad etməyə hazırdır.

Paylaş
Burada sizin reklamınız ola bilər