Bölgə xəbərləri

Blinken: “Azərbaycan və Ermənistan sülhə nail olmaq üçün tarixi imkanlara malikdir”

18 fevral / 19:26 1 dəq
74120178 8a8b 3760 b707 5defc35d18f8
18 fevral / 19:26
Burada sizin reklamınız ola bilər

“Amerika Birləşmiş Ştatları Administrasiyası əmindir ki, Azərbaycan və Ermənistan uzunmüddətli sülhə nail olmaq üçün tarixi imkanlara malikdir”.⁰

Bu sözləri Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken deyib.

“Biz hesab edirik ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir

Tərəflərin özləri, eləcə də Avropa İttifaqı və bizimlə birgə yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yoluna yönəliblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”- deyə, o bildirib.

O, hansı beynəlxalq tərəfdaşlardan danışdığını dəqiqləşdirməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər