Dünya

Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verdi

18 mart / 09:38 2 dəq
64148a770d6ad64148a770d6ae167906776764148a770d6aa64148a770d6ab
18 mart / 09:38
Burada sizin reklamınız ola bilər

Haaqa məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsi onun dünyanın digər ölkələrində olma imkanını xeyli məhdudlaşdırır.

“Qərb Xəbər” xarici mediaya istinadən xəbərinə görə, belə ki, məhkəmə qərarına əsasən, indi Putin Roma Əsasnaməsini ratifikasiya etmiş və ya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanıyan 123 ölkədə həbs edilməlidir.

Qeyd edək ki, bu ölkələrə Avropa dövlətləri, bütün Cənubi Amerika, həmçinin Afrika və Asiyanın bəzi hissələri daxildir. Məhkəmənin yurisdiksiyasını Rusiyanın tərəfdaş ölkələri – Venesuela, Cənubi Afrika Respublikası, Mərkəzi Afrika Respublikası və Tacikistan da tanıyır.

Beynəlxalq Cinayət Məhkəməsindəki mənbələr Vladimir Putinin hazırda Ukraynanı dəstəkləyən hər hansı bir ölkəyə getməsinin “çox çətin” oldacağına inanırlar. Onlar qeyd ediblər ki, əgər bunu etsə, həbs olunmaq riski var.

Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsinə dair beynəlxalq order verib.

Paylaş
Burada sizin reklamınız ola bilər