Sosial

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 105 manat müəyyən edilib

13 yanvar / 10:52 1 dəq
1658472565 ilham eliyev
13 yanvar / 10:52
Burada sizin reklamınız ola bilər

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 105 manat müəyyən edilib.

“Qərb Xəbər”in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin artırılması və “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 2023-cü il yanvarın 1-dən hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər