Dünya

Bayden Ukraynaya yardım haqqında qanunlar paketini imzalayıb

25 aprel / 08:44 1 dəq
66291ef7cd21e66291ef7cd21f171397093566291ef7cd21a66291ef7cd21c
25 aprel / 08:44
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Co Bayden daha əvvəl Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya yardım haqqında qanunlar paketini imzalayıb.

Qerbxeber.com CNN-ə istinadən xəbər verir ki, o, qanunlar layihəsini canlı yayımda imzalayıb.

Bayden Ukraynaya silah tədarükünün yaxın saatlarda bərpa olunacağını əlavə edib.

Xatırladaq ki, qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən, sonra isə Senat tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir. Bura Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər