Dünya

Bayden qəza haqda məlumatlandırıldı:Bakıya kömək etməyə hazırıq

28 dekabr / 10:14 1 dəq
Bayden yeni
28 dekabr / 10:14
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılıb.

Qerbxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı C.Baydenə mütəmadi olaraq məlumatlar verilir.

“Bu hadisə fəal şəkildə araşdırılır. Biz həm diplomatik, həm də Milli Təhlükəsizlik Şurası vasitəsilə Azərbaycan hökumətinə ehtiyac olduğu halda araşdırmaya yardım etməyə hazır və istəkli olduğumuzu çatdırdıq”, – deyə o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər