Dünya

“Batka” Paşinyanı Putinin ona verdiyi “şirin dillə” hədələdi

26 dekabr / 09:32 1 dəq
Indir 2023 12 26T093039.931
26 dekabr / 09:32
Burada sizin reklamınız ola bilər
Paşinyan Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq sammitində çıxışı zamanı “Aİİ-ni geosiyasi olmayan iqtisadi birlik” adlandırıb və qeyd edib ki, “Avrasiyaya inteqrasiyanın siyasiləşdirilməsinə qarşıdırlar”.
Onun bu sözləri Qərbə ünvanlanmış kimi görünür: bununla Rusiyaya qarşı mövqeyindən imtina etmədiyini, sammitə iqtisadi əməkdaşlığa görə getdiyini və Avrasiyaya inteqrasiyanın siyasi yox, iqtisadi məqsəd daşıdığını deyir;
Sammitdə əsas diqqətçəkən məqam isə Putinin Paşinyana demək istədiyi sözləri ənənəvi olaraq, Lukaşenkonun dili ilə çatdırması idi. Belarus prezidenti Ermənistana Fransaya bel bağlamamağı tövsiyə etdi, Əfqanıstanı nümunə çəkdi və üz döndərəcəyi təqdirdə iqtisadi baxımdan “öləcəyi” mesajını verdi. Belə demək mümkünsə, “Batka” Paşinyanı Putinin ona verdiyi “şirin dillə” hədələdi.
Asif Nərimanlı
Paylaş
Burada sizin reklamınız ola bilər