Ağstafa

Baş Prokurorluq: “Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılır”

28 yanvar / 15:17 1 dəq
9d1ea56d2b7317f41b91cf4dc3dcef75eseww
28 yanvar / 15:17
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Məlumat verilib ki, qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

Paylaş
Burada sizin reklamınız ola bilər