Hadisə

Bakıda dəmiryol zonasındakı tikililərlə bağlı cinayət işi açıldı

23 iyul / 20:56 1 dəq
Qatar yolu
23 iyul / 20:56
Burada sizin reklamınız ola bilər

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər