Bölgə xəbərləri

Bakı və İrəvan arasında dəmir yolu əlaqəsinin bərpası üzrə razılıq əldə edilib

3 iyun / 10:35 2 dəq
1685736488 1685735470 928944 243e590e d071 3845 ae9a a2dbbf88a840
3 iyun / 10:35
Burada sizin reklamınız ola bilər

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazilərinin müavinləri arasında keçirilən İşçi Qrupunun 12-ci  iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib.

“Rusiya paytaxtında baş tutan və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Xüsusilə, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub”, – deyə bəyanatda qeyd edilib. 
Bildirilib ki, danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiyanın rəhbərlərinə məlumat veriləcək.

Qeyd edilib ki, tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər.

Paylaş
Burada sizin reklamınız ola bilər