Bakı-Qazax yolunda zəncirvari qəza olub
Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində zəncirvari qəza baş verib.
“Qərb Xəbər”in məlumatına görə, “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Ford Transit” daha sonra isə “Vaz-2106” markalı avtomobilə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır.
Hadisəyə dair videonu bu linkə daxil olaraq izləyə bilərsiniz








