Qazax

Bakı-Qazax yolunda nişanlar arasında ziddiyyət – VİDEO

26 avqust / 15:00 2 dəq
451d638f 8f68 484d a123 69344076fd8d
26 avqust / 15:00
Burada sizin reklamınız ola bilər

Bakı-Qazax yolunda nişanlar arasında ziddiyyət sürücülərə təhlükə yaradır.

Bu barədə sürücülərdən biri məlumat verib.

Belə ki, Bakı-Qazax yolunun Qazax rayonu ərazisində yerləşən dairədə (Olimpiya Kompleksinin yanında) həm Qırmızı Körpü istiqamətində, həm də Bakı istiqamətində 4.3 dairəvi hərəkət nişanı və 2.1 baş yol nişanı var. Lakin Əskipara kəndindən həmin dairəyə daxil olan hissədə heç bir nişan yoxdur.

Belə olan halda isə hər iki yol baş yol hesab edilir. Qırmızı Körpüdən Bakı istiqamətinə hərəkət edən sürücülər baş yol nişanını görərək özlərini üstün sayır, Əskipara kəndindən gələn sürücülərə də heç bir nişan olmadığı üçün adi yolayrıcının keçmə qaydasını, yəni sağdan, Əskiparadan gələn avtomobillərin üstün olduğunu sayaraq yolayrıcına daxil olaraq qəza vəziyyəti yaranır.

Sürücülər ümid edirlər ki, aidiyyəti qurumlar təhlükəli vəziyyəti nəzərə alaraq Əskiparadan gələn nəqliyyat vasitələri üçün 4.3 dairəvi hərəkət nişanı qoyaraq yaranmış problemi həll edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər