Elm və Texnologiya

Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb

31 iyul / 12:13 1 dəq
Images 2023 07 31T121312.121
31 iyul / 12:13
Burada sizin reklamınız ola bilər

Azərbaycanın məktəbəqədər təhsil müəssisələrinin (bağça) müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

“Qərb Xəbər”in məlumatına görə, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər