Kateqoriyasız

Bəzi pensiyaların dayandırılması ilə bağlı açıqlama

12 mart / 12:52 2 dəq
333e981e 4d9f 38e4 8f68 f2960c96e54b
12 mart / 12:52
Burada sizin reklamınız ola bilər

“Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əsassız olaraq kimsənin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”.

“Qərb Xəbər”in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov “Sosial saat”da çıxışı zamanı deyib.

O bildirib ki, əgər şəxsin pensiyanı əsassız şəkildə alması müəyyən olunubsa bu halda pensiya dayandırılır: “Bu halda vətəndaş sərbəst şəkildə Fondun yerli bölmələrinə, yaxud məhkəməyə müraciət edə bilər. Onu da qeyd edə bilərəm ki, bu günə qədər dayandırılmış pensiya işlərindən heç biri ilə bağlı əsassız şikayət daxil olmayıb. Son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb. Təbii ki, bu da şəffaflanmanın göstəricisidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər