QHT Xəbər

Bərdədə “Mənim hüquqlarım var!” layihəsi keçirilib

24 aprel / 21:42 1 dəq
277789849 457025982890193 8941057768984249988 n
24 aprel / 21:42
Burada sizin reklamınız ola bilər

Bərdədə “Mənim Hüquqlarım Var!” layihəsi keçirilib. 

“Qərb Xəbər”in məlumatına görə, layihədə Bərdə rayonunun Xəsili, Alpout və Qarayusifli kənd orta məktəblərindən ümumilikdə 69 şagird iştirak edib.

Layihə çərçivəsində keçirilən təlimlərdə 30 Maddədən ibarət İnsan Hüquqları Bəyannaməsi haqqında şagirdlərə məlumat verilib, qrup işləri edilib və şagirdləri maraqlandıran suallara cavab verilib. Layihənin yekununda şagirdlərə “İnsan hüquqlarını necə təsəvvür edirsiniz?” başlıqlı foto və rəsm müsabiqəsi elan olunub və şagirdlərin məhsulları toplanıb. Aprelin 22`nə qədər davam edən müsabiqədə qalib şagirdlər mükafatlandırılıb. 

Qeyd edək ki, layihənin məqsədi insan hüquqları sahəsində məlumatsızlığın aradan qaldırılması naminə orta məktəb şagirdlərini məlumatlandırmaq və onların gələcəkdə öz icmalarına töhvə vermələri məqsədilə təlimatlandırmaq olub.

Paylaş
Burada sizin reklamınız ola bilər