İqtisadiyyat

Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb – SİYAHI

18 iyul / 11:55 1 dəq
Images 2023 07 18T115453.075
18 iyul / 11:55
Burada sizin reklamınız ola bilər

2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9697 ton ət, 72091 ton süd istehsal olunub.

“Qərb Xəbər”ə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5.2% və ya 3582 ton artıb.

Qeyd edək ki, ən çox ət və süd Ağdamda rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda rayonunda 2549 ton ət, 22458 ton isə süd istehsal olunub.

Azad edilmiş rayonlar Ət istehsalı.ton Süd istehsalı.ton
Ağdam 2549 22458
Füzuli 1509 14679
Xocalı 117 875
Xocavənd 684 1941
Şuşa 199 1243
Cəbrayıl 1085 4573
Kəlbəcər 1951 13366
Qubadlı 115 605
Laçın 1419 12069
Zəngilan 69 282
Paylaş
Burada sizin reklamınız ola bilər