Hadisə

Azad edilən ərazilərdə daha 39 mina və 234 PHS aşkarlanıb

18 dekabr / 16:00 1 dəq
Mina
18 dekabr / 16:00
Burada sizin reklamınız ola bilər

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (11.12.2023 – 17.12.2023) açıqlanıb.

ANAMA-dan “Qərb Xəbər”ə verilən məlumata görə, Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Füzuli, Şuşa, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 22 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 234 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 326,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş
Burada sizin reklamınız ola bilər