Bölgə xəbərləri

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Şəmkirdə keçiriləcək

22 sentyabr / 10:37 1 dəq
5c659cf0 4a87 3839 bcde 87839be76f51
22 sentyabr / 10:37
Burada sizin reklamınız ola bilər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi İqtisadiyyat Nazirliyi yanında Kiik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.

Bu barədə “Qərb Xəbər”ə “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, aksiya Şəmkir şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” sentyabrın 23-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər