Dünya

Azərbyacan Prezidentinin bu səfəri yeni başlanğıcların təməli oldu -Çin səfiri

29 iyul / 20:53 2 dəq
Çin ve azr bayrağı
29 iyul / 20:53
Burada sizin reklamınız ola bilər

Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşdır. İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 33 il ərzində əlaqələrimiz sağlam və sabit inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq dövlətlərimizin inkişaf və dirçəlişinə güclü təkan verib, xalqlarımıza real faydalar gətirib.

Qerbxeber.com xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaranmasının 98-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.

“Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə üçüncü dövlət səfəri zamanı Prezident Si Szinpin və Azərbaycan lideri iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin yaradılması barədə Birgə Bəyanat imzalayıblar. Bu, Çin-Azərbaycan əlaqələrində yeni tarixi mərhələ açıb. Çin dövlət başçılarımızın əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsi və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycanla birgə işləməyə hazırdır”, – deyə Lu Mey vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər