Maraqlı

Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəlib

25 may / 11:23 1 dəq
628dbf0238abb628dbf0238abc1653456642628dbf0238ab9628dbf0238aba
25 may / 11:23
Burada sizin reklamınız ola bilər

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Qərb Xəbər” Apasport.az saytına istinadən məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan Ukrayna təmsilçisi ilk qarşılaşmasında yerli Canik Sahakyanla üz-üzə gəlib.

Gərgin keçən döyüşdən Nəbiyev qalib ayrılıb. O, İrəvanda erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

Qeyd edək ki, Elmir Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının yarımfinalında yığmamızın üzvü Ruslan Qədirovla qarşılaşıb və Azərbaycan boksçusu finala yüksəlib.

Paylaş
Burada sizin reklamınız ola bilər