Dünya

Azərbaycanla Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb

28 aprel / 09:11 1 dəq
5c9a47d4 d562 31e5 abc9 d80eb1196e76
28 aprel / 09:11
Burada sizin reklamınız ola bilər

Azərbaycanla Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop tviterdə yazıb.

“Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik.

Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.

İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, – parlament sədri vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər