Dünya

Azərbaycanla sərhədin Delimitasiya və Demarkasiyası üzrə Komissiyanın reqlamenti Ermənistan parlamentində müzakirə ediləcək

21 oktyabr / 11:39 1 dəq
6715ed6b0600d6715ed6b0600e17294902836715ed6b0600b6715ed6b0600c
21 oktyabr / 11:39
Burada sizin reklamınız ola bilər

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın reqlamentinin ratifikasiyasını müzakirə edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə məlumatı “Armenia-Today” saytı yayıb.

Reqlament sözügedən komissiyanın bugünkü iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, haqqında bəhs olunan reqlament 2024-cü il avqustun 30-da imzalanıb, sentyabrın 26-da isə Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunub.

Oktyabrın 8-də bu sənəd Ermənistanın Nazirlər Kabineti tərəfindən Parlamentin müzakirəsinə göndərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər