Xəbər

Azərbaycanın PUA bölmələri şərti düşmənin yerüstü hədəflərini zərbələrlə məhv ediblər

19 dekabr / 15:51 1 dəq
B070eb95 a703 3b22 b653 49b2ed3b6137
19 dekabr / 15:51
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər