Sosial

Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə çatıb

10 fevral / 14:57 1 dəq
10d1446
10 fevral / 14:57
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb.

Bu barədə “Qərb Xəbər” ə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər