Bölgə xəbərləri

Azərbaycanın Kəlbəcər və Laçın istiqamətindəki mövqeləri atəşə tutulub

7 sentyabr / 10:44 1 dəq
1604484268427 xmnBl9rv
7 sentyabr / 10:44
Burada sizin reklamınız ola bilər

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər