Xəbər

Azərbaycanın I və II Divizionunda iştirak edəcək komandalar dəqiqləşib

16 iyun / 16:58 1 dəq
B359e008 9dcd 30f2 bd80 1dd4b778279c
16 iyun / 16:58
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Azərbaycanın I və II Divizionunda 2023/2024 mövsümündə iştirak edəcək komandalar dəqiqləşib.

“Qərb Xəbər” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, çempionatlarda müvafiq olaraq 10 və 12 klub mübarizə aparacaq.

I Divizionda “Şamaxı”, “Qaradağ Lökbatan”, MOİK, “Mingəçevir”, “Zaqatala”, “İrəvan”, “İmişli”, “Difai Ağsu”, “Araz Saatlı” və “Karvan” qüvvəsini sınayacaq.

Yenicə təsis olunan II Divizionda isə “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” komandaları iştirak edəcəklər.

Qeyd edək ki, I Divizion və II Divizionda çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər