Bölgə xəbərləri

Azərbaycanın bölgələrində elit toxumların səyyar satışına başlanılıb ASK

22 sentyabr / 12:46 1 dəq
5a97c445 b222 3e13 94c6 548205bfb1e2
22 sentyabr / 12:46
Burada sizin reklamınız ola bilər

Bu gündən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu ucqar kənd və qəsəbələrdə səyyar satışa başlayıb.

“Qərb Xəbər” nazirliyə istinadən xəbər verir ki, məqsəd fermerləri keyfiyyətli, elit toxumla təmin etmək, vətəndaşların vaxt və pul itkisinin qarşısını almaq, vətəndaşlara Fondun əlçatanlığını, yaxınlığını təmin etmək, bununla da vətəndaş məmnunluğuna nail olmaqdır.

Səyyar satış vasitəsilə vətəndaşlara həmçinin maarifləndirici məlumatların paylanılması, payız əkini öncəsi aqronom məsləhətlərinin verilməsi nəzərdə tutulub.

Səyyar satışla bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə, eləcə də Fondun (077) 299 40 40 nömrəsinə zəng edərək məlumat almaq olar.

Paylaş
Burada sizin reklamınız ola bilər