Bölgə xəbərləri

Azərbaycanda yeni siyasi partiya yaradılır

9 yanvar / 15:46 2 dəq
Xalqa Xidmət Hərəkatı FOTO
9 yanvar / 15:46
Burada sizin reklamınız ola bilər

Azərbaycanda siyasi-ictimai fəallar Təşəbbüs Qrupu ilə yeni siyasi hərəkat başladıb.

Bu barədə “Qərb Xəbər”ə siyasi hərəkatın sədri siyasətçi, jurnalist Arzu Sayadoğlu məlumat verib.

Müxtəlif peşə növlərindən olan siyasi təcrübəsi olan insanlar başlatdığı siyasi hərəkata Xalqa Xidmət Hərəkatı adını verməklə yaxın gələcəkdə siyasi partiyaya çevriləcəklərini açıqlayıblar.
XXH-nin yığıncağı zamanı bütün siyasi partiyalara hörmətlə yanaşılması qərara alınıb. Vurğulanıb ki, hansı siyasi partiyadan gələrsə, gəlsin, xalqın və ölkənin əleyhinə naxələf addımların cavabı veriləcək. Sadaladığımız bu amillər, hüququn bizə tanıdığı haqlar və toplumdan gələn siyasi sifariş artıq bu siyasi hərəkatın yaradılmasını zərurət halına çevirib.
XXH-nin almış olduğu bu qərar, həm də iqtidara-müxalifətə bir çağırışdır. Həm də xalqımızı salınmış olduğu bu dərin əzablı problemlərin məngənəsindən qurtarmaq üçün atılmış addımdır.
Təşəbbüs qrupuna aşağıdakı şəxslər daxildir:

Arzu Sayadoğlu: Sədr – siyasətçi, jurnalist
Rövşən Əliyev: Sədrin müavini – hüquqşünas, qazi
Tural Qədiməlili : Sədrin Təşkilati məsələlər üzrə müavini – Siyasətçi.

Tariyel Rəsulov: Sədrin təbliğat məsələləri üzrə muavini – siyasi fəal

Təşəbbüs qrupunun bu hərəkatı ictimaiyyətə açıqdır: Xalqını sevən istənilən şəxs, siyasi qurum və təşkilatlar bu məqsədələrə dəstək verə bilər.

Paylaş
Burada sizin reklamınız ola bilər