Qərb Xəbər TV

Azərbaycanda Yeni il bayramı ilə əlaqədar bir həftə iş olmayacaq

9 dekabr / 12:18 1 dəq
0d153f86 8668 34e4 8a20 6f2391b16f67 850 (1)
9 dekabr / 12:18
Burada sizin reklamınız ola bilər

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

“Qərb Xəbər”in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə – 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər