Bölgə xəbərləri

Azərbaycanda tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri mərhələli şəkildə artırılacaq

7 fevral / 17:43 1 dəq
7a9beec8 ee11 3287 bc75 5b5430f47efe
7 fevral / 17:43
Burada sizin reklamınız ola bilər

Azərbaycanda tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri mərhələli şəkildə artırılacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncamla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər