Bölgə xəbərləri

Azərbaycanda təhsil sistemində adambaşına maliyyələşməyə keçid planlaşdırılır

31 may / 14:03 1 dəq
Emin emrullayev
31 may / 14:03
Burada sizin reklamınız ola bilər

“Azərbaycanda məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) adambaşı maliyyələşməyə keçidin ümumi təhsil səviyyəsinə daşınması planlaşdırılır”.

“Qərb Xəbər” məlumat verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə bir islahatın yaxın 2-3 il ərzində həyata keçirilməsi nəzərdə tutulur: “Bu, prinsip etibarilə daha məntiqli və asan görünür”.

Nazir bildirib ki, uşaq bağçalarının infrastruktur tələbi müasir reallıqlara uyğunlaşmalıdır: “Bu sahədə özəl bağçalarla əməkdaşlıq edilə bilər”.

Paylaş
Burada sizin reklamınız ola bilər