Mədəniyyət

Azərbaycanda müasir incəsənət festivalı keçiriləcək

2 sentyabr / 13:56 1 dəq
Cebae9bc 1309 4d28 9b47 bbe2a542b5f9
2 sentyabr / 13:56
Burada sizin reklamınız ola bilər

Bakıda və ölkənin başqa şəhərlərində sentyabrın 18-25-də “Maiden Tower. To Be A Woman” (“Qız Qalası. Qadın olmaq”) beynəlxalq müasir incəsənət festivalı keçiriləcək.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyi tərəfindən Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə təşkil olunacaq festival cəmiyyətdəki qadının yeri məsələsinə həsr olunur.

Festivalın proqramına bir sıra sərgi, sosial mədəni tədbirlər, müzakirə panelləri, görüntülü poeziya gecəsi, ustad dərsləri daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər