Sosial

Azərbaycanda koronavirusa yoluxan 3 nəfər sağalıb

14 mart / 12:13 1 dəq
18e17e50 f131 42af 899e d1cf942ed65c
14 mart / 12:13
Burada sizin reklamınız ola bilər

Koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu müəyyən edilən 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb.

Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Paylaş
Burada sizin reklamınız ola bilər