Sosial

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası fondu yaradılacaq

27 iyul / 14:38 2 dəq
64c244f21fe8c64c244f21fe8d169045323464c244f21fe8a64c244f21fe8b
27 iyul / 14:38
Burada sizin reklamınız ola bilər

Azərbaycanda güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılacaq.

“Qərb Xəbər”in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

 

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşəcək:
– utilizasiyası haqqı;
– kreditlər və qrantlar;
– hüquqi və fiziki şəxslərin könüllü ianələri;
– beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
– qanunla qadağan olunmayan digər mənbələr.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qanun qəbul ediləcəyi halda fondun yaradılmasına dair müddəa 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Paylaş
Burada sizin reklamınız ola bilər