Hadisə

Azərbaycanda kanal rəhbəri həbs edildi

13 dekabr / 09:00 1 dəq
Teymur kerimov
13 dekabr / 09:00
Burada sizin reklamınız ola bilər

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qərb Xəbər” Trend-ə istinadən xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayətlər əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb.

İstintaq hərəkətləri aparılır.

Məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.

Qeyd edək ki, ötən gün Azərinfo.az saytının rəhbəri İbrahim Hümbətov da Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə həbs edilib.

“Kanal-11” internet televiziyasının rəhbəri Teymur Kərimov istintaq orqanının iddiasını Nərimanov Rayon Məhkəməsi qəbul edib və onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Paylaş
Burada sizin reklamınız ola bilər